Moskvada Azərbaycan vətəndaşı güllələnərək qətlə yetirilib - VİDEO

Moskvada Azərbaycan vətəndaşı güllələnərək qətlə yetirilib - VİDEO İlkin məlumata görə, qətl sifarişlə yerinə yetirilib
Hadisə
1402
18 Sentyabr , 2017 23:05
Moskvada Azərbaycan vətəndaşı güllələnərək qətlə yetirilib - VİDEO

Bakı. 18 sentyabr. REPORT.AZ/ Moskvanın cənubunda Azərbaycan vətəndaşı başından güllələnərək qətlə yetirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi hüquq-mühafizə orqanlarıdakı mənbə məlumat verib.

İlkin məlumata görə, qətl sifarişlə yerinə yetirilib.

"Yaxından güllələnən kişinin meyiti paytaxtın Qərbi Birülevo rayonundakı Xarkov keçidində aşkar olunub", - deyə agentliyin həmsöhbəti bildirib.

Onun məlumatına görə, qətl sifariş xarakterlidir, ölən şəxs isə Azərbaycan vətəndaşıdır.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti TASS-a faktı təsdiq edib, lakin hadisənin təfərrüatları barədə məlumat verməyib.

Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

Yerli KİV öldürülən şəxsin Əliyev Rəhman Muxtar oğlu olduğunu yazıb.

Son xəbərlər

Orphus sistemi