Yuxarı
    Bağlamaq

    Moskvada Azərbaycan səfirliyinin əməkdaşını döyən taksi sürücüsü saxlanılıb

    Bu, 31 yaşlı Haybula Hacıyev olub

    Bakı. 16 aprel. REPORT.AZ/ Moskvada Azərbaycan səfirliyinin konsul şöbəsinin əməkdaşı Emil Məhərrəmovu döyən şəxs saxlanılıb. 

    "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, o, hücumdan bir neçə saat sonra polis əməkdaşları tərəfindən saxlanılıb və bölməyə aparılıb. Bu, 31 yaşlı Haybula Hacıyev olub.

    İstintaqın rəyinə görə, kişilər arasında münaqişə taksidə yaranıb. Baş və bədən nahiyəsinə çoxsaylı zərbələr alan Azərbaycan səfirliyinin müşaviri E.Məhərrəmov xəstəxanaya çatdırılıb. Burada zərərçəkmişə baş beyinin silkələnməsi, dodaq və qaşın yarılması diaqnozu qoyulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi