Moskvadan Bakı və Qəbələyə uçmalı olan reyslərdə ləngimə yaranıb

Moskvadan Bakı və Qəbələyə uçmalı olan reyslərdə ləngimə yaranıb Güclü qar səbəbindən 75 aviareysin eniş və uçuşu ləngiməkdədir
Hadisə
8 Fevral , 2015 12:19
Moskvadan Bakı və Qəbələyə uçmalı olan reyslərdə ləngimə yaranıb

Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün səhər saatlarından etibarən güclü qar yağması nəticəsində Moskva hava limanlarında 75 aviareysin eniş və uçuşunda ləngimə yaranıb

"Report" "Yandex. Cədvəl" portalına istinadən xəbər verir ki, hava şəraiti ilə əlaqədar olaraq 20 reys təxirə salınıb.

Xüsusilə, Şeremetyevo hava limanındakı elektron tablodakı məlumata əsasən, 44 reys ləngimək üzrədir. Domodedovo aeroportunda 26, Vnukovoda isə 5 reys ləngiyir.

***

Hazırda Domodedovo hava limanında Ural Hava Yollarına məxsus "Airbus A320" təyyarəsi ilə həyata keçirilməli olan "U6 2433" saylı Moskva - Qəbələ və "VİM-Avia" şirkətinə məxsus "Boeing 757-200" təyyarəsinin hərəkət etməli olduğu "NN 433" saylı Moskva - Qəbələ reysləri gecikməkdədir.

Şeremetyevo aeroportunda isə "SU 1854" saylı Moskva - Bakı reysi ilə uçmalı olan "Aeroflot" aviaşirkətinə məxsus "Airbus A320" layneri və "KL 2932" saylı Moskva - Bakı (Airbus A320, KLM) reysi gözləməkdədir.

Son xəbərlər

Orphus sistemi