​Moskva-Peterburq reysi ilə uçan təyyarədə azərbaycanlı intihara cəhd edib

​Moskva-Peterburq reysi ilə uçan təyyarədə azərbaycanlı intihara cəhd edib Həmin şəxsi xilas etmək mümkün olub
Hadisə
26 May , 2015 14:24
​Moskva-Peterburq reysi ilə uçan təyyarədə azərbaycanlı intihara cəhd edib

Bakı. 26 may. REPORT.AZ/ Moskva-Sankt-Peterburq marşrutu ilə uçan təyyarənin göyərtəsində sərnişin intihara cəhd edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, onun 62 yaşlı Azərbaycan əsilli şəxs olduğu məlum olub.

Məlumatda deyilir ki, həmin şəxs təyyarənin ayaq yolunda qapını içəridən bağlayıb və sonra oradan qışqırıq səsləri gəlib.

Stüardessa müvafiq xidmət əməkdaşlarını ora çağırıb və həmin şəxs xilas edilib. 

Son xəbərlər

Orphus sistemi