​Moskva bazarında aparılan yoxlama zamanı azərbaycanlılar saxlanılıb

​Moskva bazarında aparılan yoxlama zamanı azərbaycanlılar saxlanılıb Onların hamısı miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunurlar
Hadisə
26 Mart , 2015 06:00
​Moskva bazarında aparılan yoxlama zamanı azərbaycanlılar saxlanılıb

Bakı. 26 mart. REPORT.AZ/ Rusiya Federal Miqrasiya Xidmətinin Moskva şəhəri üzrə İdarəsinin (FMXİ) əməkdaşları Moskvoretski bazarında aparılan yoxlama zamanı miqrasiya qanunvericiliyini pozan 28 əcnəbi vətəndaşı saxlayıblar.

"Report" xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin məlumatında bildirilir.

"Yoxlama bazarın naxış işlərinin aparıldığı müəssisəsində aparılıb. Saxlanılanlar arasında Tacikistan, Özbəkistan və Azərbaycan vətəndaşları var. Onların heç birinin Rusiya ərazisində işləməyə icazə verən sənədi olmayıb", - deyə İdarədən qeyd olunub.

Saxlanılan şəxslər Miqrasiya Xidmətinin ərazi şöbəsinə aparılıb və burada daktiloskopiyadan keçdikdən sonra məhkəmə onların barəsində cəza kəsilməsi məsələsinə baxacaq.

"Miqrantları cərimə və ölkəyə girişləri qadağan olunmaqla Rusiyadan çıxarılma cəzası gözləyir", - deyə İdarədən əlavə ediblər.

Məlumata görə, bazarda yoxlamalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi