"Aeroflot"a məxsus Moskva - Bakı reysi ilə uçmalı olan təyyarə uçuşa yubanıb.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 00:50-də uçuşa başlamalı olan təyyarə 15 dəqiqə ləngiyib.
Buna səbəb sərnişinlərdən birinin özünü pis hiss etməsi olub. Qeyd edilir ki, həmin şəxs azyaşlı olub. Ona ilkin tibbi yardım göstərilib. Məlumata görə, azyaşlı hazırda özünü yaxşı hiss edir.