"Monako"da növbəti dəfə COVID-19 aşkarlandı

"Monako"da növbəti dəfə COVID-19 aşkarlandı Fransanın "Monako" futbol klubunda koronavirusa yoluxma aşkarlanıb.
Futbol
18 Sentyabr , 2020 03:00
Monakoda növbəti dəfə COVID-19 aşkarlandı

Fransanın "Monako" futbol klubunda koronavirusa yoluxma aşkarlanıb.

Bu barədə "Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, futbolçulardan birində COVID-19 testinin nəticəsi müsbət olub. Həmin oyunçunun adı açıqlanmır.

"Monako"da bildiriblər ki, futbolçunun xəstəliyi simptomsuzdur. O, indi karantində, həkimlərin müşahidəsi altındadır.

“Monako” Fransanın I Liqasında üç matçdan sonra yarış cədvəlində üçüncü yer tutur. Komandanın aktivində yeddi xal var.

Xatırladaq ki, daha əvvəl "Monako" klubunun baş məşqçisi Niko Kovaçda da koronavirus aşkarlanıb. 

Son xəbərlər

Orphus sistemi