Yuxarı

Moldovada qanunsuz işləyən 6 azərbaycanlı saxlanılıb

​Moldovada qanunsuz işləyən 6 azərbaycanlı saxlanılıb

Moldovanın paytaxtı Kişinyovda əslən Azərbaycandan olan 6 nəfər saxlanılıb.

"Report" "tv8.md"yə istinadən xəbər verir ki, 24-45 yaşında olan şəxslər müvafiq icazələri olmadan tikinti sektorunda işləyiblər.

Miqrasiya və Sığınacaq Bürosunun əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılara təqribən 1005 dollar məbləğində cərimə yazılıb, onların üç il Moldovaya girişinə qadağa qoyulub.

İndi onlar 5 gün ərzində Moldovanı tərk etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi