Yuxarı

Moldovada Atatürkün büstü qoyulub

Mərasimində Moldovanın Mədəniyyət naziri Monika Babuk, Kişinyovda akkreditə olunan xarici ölkələrin diplomatik korpusunun nümayəndələri iştirak edib

Kişinyov. 26 avqust, REPORT.AZ/ Türkiyənin Moldovanın paytaxtı Kişinyovdakı səfirliyinin qarşısında Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün büstü qoyulub. 

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, avqustun 26-da abidənin açılışı olub. 

Mərasimdə Moldovanın Mədəniyyət naziri Monika Babuk, Kişinyovda akkreditə olunan xarici ölkələrin diplomatik korpusunun nümayəndələri, yazıçı və jurnalistlər iştirak ediblər.

Türkiyənin Moldovadakı səfiri Mehmet Selim Kartal çıxışında Atatürkün ölkəsi üçün gördüyü işləri xatırladıb: “Əldə etdiyi uğurların nəticəsi olaraq Atatürk nəinki Türkiyədə, eləcə də bütün dünyada tanınır və sevilir. Yeni Zelandiyadan İtaliyayadək müxtəlif ölkələrdə küçə və parklar onun adını daşıyır. Əlbəttə, Kişinyov da bu mövzuda istisna təşkil etmir".

Moldova Mədəniyyət naziri Monika Babuk isə qeyd edib ki, ölkəsində apardığı müstəsna islahatların nəticəsində Atatürk bütün xalqlar üçün nümunə olacaq dünyamiqyaslı şəxsiyyətə çevrilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi