Yuxarı

MMC ​Vergilər Nazirliyinin departamentini məhkəməyə verib

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Zövq MTB" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Bəyannamələr və vergi borclarının alınması idarəsini məhkəməyə verib.

"Report" xəbər verir ki, MMC idarənin qəbul etdiyi aktın və qərarın ləğv edilməsini tələb edir.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi