Misir Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevi təbrik edib

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevi təbrik edib Bakı. 23 may. REPORT.AZ/ Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Hadisə
23 may 2018 14:59
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevi təbrik edib

Bakı. 23 may. REPORT.AZ/ Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

Dost ölkənizin milli bayramı - Respublika Gününün ildönümü münasibətilə Sizi səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyur, xalqınızın ümidlərini və istəklərini həyata keçirməkdə Sizə davamlı uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, bütün sahələrdə yaxşı əlaqələrimizin möhkəmləndirilməsi və dost ölkələrimizin maraqlarına uyğun şəkildə təşviq edilməsi istəyində olduğumu əminliklə bildirmək istərdim.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza tərəqqi və rifah arzu edirəm".

Son xəbərlər

Orphus sistemi