Mingəçevirdə avtomobil qaçıran 3 nəfər saxlanıldı

Mingəçevirdə avtomobil qaçıran 3 nəfər saxlanıldı Mingəçevirdə avtomobil qaçırılıb.
Hadisə
21 Fevral , 2020 13:10
Mingəçevirdə avtomobil qaçıran 3 nəfər saxlanıldı
Pexels.com

Mingəçevirdə avtomobil qaçırılıb.

Bu barədə "Report"un Qərb Mərkəzinə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə Regional qrupundan məlumat verilib.

Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Əfəndiyev fevralın 18-də “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil şəhər ərazisində tapılıb. 

Davam etdirilən tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir sakinləri A.Abdullayev, A.ƏhmədovH.Alıyev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi