Mingəçevirdə yol qaydalarını pozan piyadalara qarşı reyd keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, keçirilən reydin məqsədi yol hərəkəti qaydalarını davamlı olaraq pozaraq yollarda qəza vəziyyəti yaradan piyadaların müəyyən etmək olub.
Piyadaların nəqliyyat yollarından keçidinə nəzarət tətbiq edən Mingəçevir Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərin,
Yol hərəkəti qaydalarını pozanlardan bir neçəsi qanunun tələblərinə əməl etməyərək kimliyini bildirməyiblər. Digər qismi isə dəfələrlə yol intizamını pozmasına rəğmən ilk dəfə qaydaları pozduğunu bəhanə edərək məsuliyyətdən yayınmağa çalışıb.
Reyd zamanı piyadalardan 33 nəfərinə inzibati protokol tərtib olunub. Digər qayda pozanlarla isə marifləndirmə xarakterli söhbətlər aparılaraq, ciddi xəbərdarlıq edilib.