Mingəçevirdə zəncirvari yol qəzası olub, biri azyaşlı olmaqla iki nəfər yaralanıb

Mingəçevirdə zəncirvari yol qəzası olub, biri azyaşlı olmaqla iki nəfər yaralanıb Hadisə “VAZ-2101”, “Nissan-Sunny” və “Toyota-Prado” markalı avtomobillərin toqquşması ilə baş verib
Hadisə
5 May , 2017 13:07
Mingəçevirdə zəncirvari yol qəzası olub, biri azyaşlı olmaqla iki nəfər yaralanıb
Report.az

Mingəçevir. 5 may. REPORT.AZ/ Mingəçevir şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Müslim Maqomayev prospektində qeydə alınıb.

“VAZ-2101”, “Nissan-Sunny” və “Toyota-Prado” markalı avtomobillərin toqquşması nəticəsində biri azyaşlı uşaq olmaqla iki nəfər xəsarət alıb.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Acil şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yol qəzası zamanı xəsarət alan üç yaşlı uşağa kəllə-beyin travması, körpücük sümük və qabırğa sınıqları diaqnozu qoyulub, vəziyyəti kafidir.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi