Mingəçevirdə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var

Mingəçevirdə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var Baş verən hadisə ilə bağlı araşdırma aparılır
Hadisə
4 Yanvar , 2018 11:29
Mingəçevirdə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var

Mingəçevir. 4 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində üç avtomobilin toqquşması ilə nəticələnən  zəniri yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb. 

Belə ki, hərəkətdə olan iki “Opel” və “BMV” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan birinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. Digər iki yaralıya isə hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Satansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. 

Qeyd edək ki, baş verən qəza nəticəsində bir müddət prospektə nəqlıiyyatın hərəkəti dayanıb və tıxac yaranıb. 

Baş verən hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi