Mingəçevirdə zavodda partlayış olub, iki nəfər xəsarət alıb - ƏLAVƏ OLUNUB

Mingəçevirdə zavodda partlayış olub, iki nəfər xəsarət alıb - ƏLAVƏ OLUNUB Mingəçevir. 26 fevral. REPORT.AZ/ Mingəçevir şəhərindəki Azneftmaş ASC-də partlayış olub, iki nəfər xəsarət alıb.
Hadisə
26 Fevral , 2018 17:25
Mingəçevirdə zavodda partlayış olub, iki nəfər xəsarət alıb - ƏLAVƏ OLUNUB
Report

Mingəçevir. 26 fevral. REPORT.AZ/ Mingəçevir şəhərindəki "Azneftmaş" ASC-də partlayış olub, iki nəfər xəsarət alıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.  

Məlumata görə, partlayış qaynaq aparatındakı nasazlıq səbəbindən baş verib. Nəticədə müəssisənin əməkdaşları - 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 "Azneftmaş" ASC-nin direktoru Məhərrəm Hüseynov "Report"un yerli bürosuna bildirib ki, hadisə poladtökmə sobasında metalın əridilməsi zamanı baş verib: "Həmin vaxt zavodda 20 fəhlə olub. Zavodda metalın əridilməsi zamanı belə hadisələrin baş verməsi normal haldır. Çünki metal əridilən zaman ondan ayrılan qazlar metalın hissəciklərini ətrafa səpir. Bu zaman fəhlələrdən ikisi düzgün mövqe tutmadığından qığılcımlar onların üzərinə səpələnib və nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar". 

Son xəbərlər

Orphus sistemi