Mingəçevirdə minik avtomobili qadını vuraraq öldürüb

Mingəçevirdə minik avtomobili qadını vuraraq öldürüb Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb
Hadisə
8 Fevral , 2021 12:54
Mingəçevirdə minik avtomobili qadını vuraraq öldürüb

Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 1958-ci il təvəllüdlü Rəna Əliyevanı minik avtomobili vurub. Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi