Mingəçevir. 2 fevral. REPORT.AZ/ Mingəçevirdə 5 gün öncə yol qəzasında ağır xəsarət almış sürücü xəstəxanada vəfat edib.
"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə yanvarın 27-də şəhərin Samux küçəsində qeydə alınıb.
Yerli sakin İsgəndərov Füzuli Saday oğlu “VAZ-2107” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və beton işıq dirəyinə çırpılaraq ağır kəllə-beyin travması alıb.
Yaralı xəstəxanaya yerləşdirilsə də, həkimlərin bütün səylərinə baxmayaraq, fevralın 1-də keçinib.