Mingəçevirdə yol qəzası olub, yaralananlar var

Mingəçevirdə yol qəzası olub, yaralananlar var Mingəçevir. 13 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində idarəetmədən çıxan avtomobil divara çırpılıb.
Hadisə
13 İyun , 2018 16:03
Mingəçevirdə yol qəzası olub, yaralananlar var
Report
0 : 00
0 : 00

Mingəçevir. 13 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində idarəetmədən çıxan avtomobil divara çırpılıb.

”Report”un Şirvan bürosu xəbər verir ki, “Hunday” markalı avtomobil yolun kənarındakı divara çırpılaraq ağır deformasiyaya uğrayıb. 

Qəza nəticəsində sürücü və avtomobildə olan iki qadın sərnişin -  Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Elmira İxtiyar qızı Məmmədova və Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü İlahə Elburus qızı Əmiraslanova ağır bədən xəsarətləri alıb.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, xəsarət alan qadınlardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.

Avtomobilin sürücüsünə hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Briqadasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi