Mingəçevirdə yol qəzası olub, avtomobillərdən biri aşıb

Mingəçevirdə yol qəzası olub, avtomobillərdən biri aşıb Faktla bağlı araşdırma aparılır
Hadisə
19 Yanvar , 2019 15:43
Mingəçevirdə yol qəzası olub, avtomobillərdən biri aşıb

Mingəçevir. 19 yanvar. REPORT.AZ / Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin N.Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan NİVA və "Galendevagen" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində NİVA markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını aşırıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi