Mingəçevir. 9 may. REPORT.AZ/ Gecə saatlarında Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası olub.
"Report"un Şirvan bürosu xəbər verir ki, “VAZ-21011” markalı avtomobil Heydər Əliyev prospektinin Ş.İ.Xətai küçəsi ilə kəsişməsində yerləşən işıqfor ərazisində "Mitsubishi Pajero" ilə toqquşub.
Nəticədə avtomobillərdən biri 1977-ci il təvəllüdlü Ağayeva Subər Əbülfət qızı başından ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sürücülər yüngül xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.