Mingəçevirdə yol qəzası nəticəsində 2 nəfər xəsarət alıb

Mingəçevirdə yol qəzası nəticəsində 2 nəfər xəsarət alıb Mingəçevir. 15 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində iki avtomobil toqquşub.
Hadisə
15 İyun , 2018 20:52
Mingəçevirdə yol qəzası nəticəsində 2 nəfər xəsarət alıb

Mingəçevir. 15 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində iki avtomobil toqquşub.

"Report”un Şirvan bürosu xəbər verir ki, Heydər Əliyev prospektində “Priora” markalı avtomobilin “BMW”yə arxadan çırpılması nəticəsində biri yüngül olmaqla iki nəfər xəsarət alıb.

Xəsarəti ciddi olan Ağdam rayon sakini Səmədov Məhəmməd Şirin oğlu xəstəxanaya yerləşdirilib.

Xəsarət alan şəxslər “BMW”də olublar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi