Mingəçevirdə yol qəzası baş verib, xəsarət alanlar var

Mingəçevirdə yol qəzası baş verib, xəsarət alanlar var Mingəçevir. 18 avqust. REPORT.AZ/ Mingəçevir şəhərində yol qəzası baş verib.
Hadisə
18 Avqust , 2018 11:14
Mingəçevirdə yol qəzası baş verib, xəsarət alanlar var

Mingəçevir. 18 avqust. REPORT.AZ/ Mingəçevir şəhərində yol qəzası baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Samux küçəsində baş verib.

Belə ki, “VAZ 21015” markalı avtomobil “Hundai” markalı maşına çırpılıb. Qəza nəticəsində “Hundai” markalı avtomobil yol kənarındakı su arxına düşüb.

Hadisə zamanı hər iki sürücü - Şəki rayon sakini Akif Səfərov və Mingəçevir şəhər sakini Eyyub Rəşidov yüngül xəsarət alıblar. Onlara  yerindəcə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi