Mingəçevir. 31 avqust. REPORT.AZ/ Mingəçevir şəhərində yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan onun iki bacısı xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, onların vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.