Mingəçevirdə yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

Mingəçevirdə yol qəzası baş verib, 4 nəfər xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Avqust , 2017 20:17
Mingəçevirdə yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

Mingəçevir. 21 avqust. REPORT.AZ/ Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, “Toyota Prado” və “Kia” markalı minik avtomobilləri toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Ağır vəziyyətdə olan yaralılar -  Yevlax rayon sakinləri, 1997-ci il təvəllüdlü Şəmsi Qabil oğlu Aslanov və 1997-ci il təvəllüdlü Telman Natiq oğlu Əsgərov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Digər iki yaralıya isə ilkin tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi