Mingəçevirdə yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirilib - FOTO

Mingəçevirdə yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirilib - FOTO Onlar nizam-intizama dəvət edilib
Hadisə
131
23 Dekabr , 2017 07:58
Mingəçevirdə yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirilib - FOTO
Report

Mingəçevir. 23 dekabr. REPORT.AZ/ Mingəçevir şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi hərəkətin intensiv olduğu ərazilərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki reyd keçirib.

Bu barədə “Report”un Şirvan bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Şəki regional qrupundan məlumat verilib.

Reyd zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb, onlarla DYPB-nin əməkdaşları tərəfindən maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.

Piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə bu cür reydlərin davam etdirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi