Bakı. 2 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində, Sənaye parkı yaxınlığında qeydə alınıb.
"Lifan" markalı minik maşınının vurduğu təqribən 55-60 yaşlı kişipiyada dünyasını dəyişib. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.