​Mingəçevirdə yaşayış binasında yanğın olub, 30 nəfər təxliyə edilib

​Mingəçevirdə yaşayış binasında yanğın olub, 30 nəfər təxliyə edilib Hadisə səhər saatlarında baş verib
Hadisə
20 Sentyabr , 2015 11:16
​Mingəçevirdə yaşayış binasında yanğın olub, 30 nəfər təxliyə edilib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Mingəçevir şəhərində yeddimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın zamanı yuxarı mərtəbələrdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Binanın dam örtüyünün qalan hissəsi və 7-ci mərtəbədə yerləşən otaqlar yanğından mühafizə olunub. Yanğın saat 06:45-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Son xəbərlər

Orphus sistemi