Yuxarı

Mingəçevirdə yanmış kişi meyiti tapılıb

Mingəçevirdə yanmış kişi meyiti tapılıb
Cəsəd yararsız tikilidə aşkar edilib

Bakı. 13 may. REPORT.AZ/ Axşam saat 20:00 radələrində Mingəçevir şəhərində naməlum kişi meyiti tapılıb.

"Report" Şirvan bürosu xəbər verir ki, yaşı təqribən 30-32 olan meyit şəhərin 20 Yanvar küçəsində yerləşən 18 saylı binanın qarşısındakı yararsız dördmərtəbəli tikilidə aşkar edilib.

İlkin ehtimala görə, meyitin üzərində yanıq əlamətləri var. Naməlum şəxsin meyiti tibbi ekspertiza üçün şəhər morquna təhvil verilib.

Faktla bağlı Mingəçevir Polis şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi