Mingəçevirdə xəstə daşıyarkən təcili yardım maşınının yolda qalmasına aydınlıq gətirilib

Mingəçevirdə xəstə daşıyarkən təcili yardım maşınının yolda qalmasına aydınlıq gətirilib Mingəçevir. 13 iyul. REPORT.AZ/ Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası xəstə gətirərkən təcili tibbi yardım maşınının texniki nasazlıq səbəbindən yolda qalması ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.
Hadisə
13 İyul , 2018 20:18
Mingəçevirdə xəstə daşıyarkən təcili yardım maşınının yolda qalmasına aydınlıq gətirilib

Mingəçevir. 13 iyul. REPORT.AZ/ Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası xəstə gətirərkən təcili tibbi yardım maşınının texniki nasazlıq səbəbindən yolda qalması ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.

“Report”un Şirvan bürosuna Xəstəxananın direktoru Könül Ələkbərov bildirib ki, bu gün bəzi saytlar heç bir əsas olmadan təcili yardım avtomobilində yaranmış kiçik texniki nasazlığı böyük bir hadisə kimi qələmə verməyə çalışıb:

“Yeni köçkün şəhərciyində 11 saylı binanın 27-ci mənzilində yaşayan 1972-ci il təvəllüdlü qəsəbə sakini Cavid Cabbar oğlu Vəliyev havaların isti keçməsi səbəbindən özünü narahat hiss etdiyi üçün təcili tibbi yardım xidmətinə çağırış edib. Çağırış əsasında həkim briqadası xəstəni xəstəxanaya götürərkən yolda "Mecedes" markalı təcili yardım maşınında texniki nasazlıq yaranıb. Hadisənin qeydə alındığı ərazi xəstəxanaya yaxın olduğundan 3 dəqiqə ərzində digər təcili tibbi yardım maşınımız xəstəni oradan götürərək xəstəxanaya gətirib. C.Vəliyevə xəstəxanada lazımi tibbi yardım göstərilib, durumu tam stabilləşib və daha sonra evə buraxılıb. Avtomobildə baş vermiş texniki nasazlıq aradan qaldırıldıqdan sonra xidmət yerinə dönüb. Bir daha təkrar edirəm ki, heç bir əziyyətdən, vaxt itkisindən və xəstənin kənar avtomobil vasitəsilə daşınmasından söhbət belə gedə bilməz".

Könül Ələkbərov təcili yardım avtomobillərinin texniki baxışdan keçirilməməsi ilə bağlı yanlış fikirlərə də aydınlıq gətirib: “Xəstəxananın xidmətində istifadə olunan bütün avtomobillər qaydalara müvafiq şəkildə texniki baxışdan keçirilir. Vətəndaşlarımıza çevik və arzuolunan səviyyədə xidmət göstərmək üçün yetərincə yanacaq və texniki ehtiyatımız var. Oxşar yazılar isə zəhmətimizə və uğurlarımıza kölgə salmaq niyyəti güdür.”

Son xəbərlər

Orphus sistemi