Mingəçevirdə usta laqonda ilə qolunu və ayağını kəsib

Mingəçevirdə usta laqonda ilə qolunu və ayağını kəsib Mingəçevir. 24 noyabr. REPORT.AZ/ Mingəçevir şəhər sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Hadisə
25 Noyabr , 2018 08:00
Mingəçevirdə usta laqonda ilə qolunu və ayağını kəsib

Mingəçevir. 24 noyabr. REPORT.AZ/ Mingəçevir şəhər sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

"Report”un Şirvan bürosu xəbər verir ki, evlərdən birində təmir işləri görən 1981-ci il təvəllüdlü Sarıyev Etibar Vahid oğlu laqonda ilə ehtiyatsız davranaraq qolunu və ayağını kəsib.

Xəstəxanaya aparılan yaralı dərhal əməliyyat olunub. Bununla belə vəziyyəti ağır olan şəxsin paytaxt klinikalarından birinə göndərilməsi qərara alınıb.

Bundan əvvəl Şəkidə 70 yaşlı kişi laqonda ilə ayağını kəsib.

Son xəbərlər

Orphus sistemi