Mingəçevirdə usta laqonda ilə boğaz nahiyəsinə xəsarət yetirib

Mingəçevirdə usta laqonda ilə boğaz nahiyəsinə xəsarət yetirib Hadisə şəhərin Aydın Məmmədov küçəsində baş verib
Hadisə
23 Oktyabr , 2017 01:24
Mingəçevirdə usta laqonda ilə boğaz nahiyəsinə xəsarət yetirib

Mingəçevir. 23 oktyabr. REPORT.AZ/ Mingəçevir sakini laqonda ilə iş görərkən ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsi 6/2, mənzil 36 ünvanında qeydə alınıb.

Evində təmir işləri aparan usta Həsənov Rauf Sultan oğlu laqonda ilə ehtiyatsız davranaraq çənə və boğaz nahiyələrini kəsib. Yaralı təcili xəstəxanaya aparılıb. Hazırda onun vəziyyəti sabitdir.

Son xəbərlər

Orphus sistemi