Mingəçevirdə usta laqonda ilə ayağını kəsib

Mingəçevirdə usta laqonda ilə ayağını kəsib Yaralı dərhal xəstəxanaya yerləşdirilərək əməliyyat olunub
Hadisə
7 May , 2018 07:51
Mingəçevirdə usta laqonda ilə ayağını kəsib

Mingəçevir. 6 may. REPORT.AZ/ Mingəçevir şəhərində ustanın ehtiyatsız davranışı bədbəxt hadisəyə səbəb olub.

"Report”un Şirvan bürosu xəbər verir ki, 1981-ci il təvəllüdlü Aleksey Leonidoviç Babavşin şəhərin İncilli yaşayış massivində laqonda ilə işləyən zaman ehtiyatsızlıqdan bud nahiyəsini kəsərək, özünə ağır xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Son xəbərlər

Orphus sistemi