Mingəçevirdə uşaq bağçasında yanğın olub - FOTO

Mingəçevirdə uşaq bağçasında yanğın olub - FOTO Bağçanın kollektivi və uşaqlar təxliyyə edilib
Hadisə
27 Oktyabr , 2017 17:07
Mingəçevirdə uşaq bağçasında yanğın olub - FOTO
Report

Mingəçevir. 27 oktyabr. REPORT.AZ/ Mingəçevir şəhərində uşaq bağçasında yanğın olub.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə 13 saylı Uşaq bağçası - körpələr evində qeydə alınıb. 

Məlumata görə, yanğın bağçanın həyətində olan ağacdan başlayıb və bağçanın inzibati binasına keçib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mingəçevir Şəhər Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb edilib. Bağçanın kollektivi və uşaqlar təxliyyə edilərək təhlükəsiz əraziyə köçürülüb.  

Son xəbərlər

Orphus sistemi