Mingəçevirdə toy karvanında qəza olub, yaralananlar var - FOTO - VİDEO - YENİLƏNİB

Mingəçevirdə toy karvanında qəza olub, yaralananlar var - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
5 Avqust , 2019 15:21
Mingəçevirdə toy karvanında qəza olub, yaralananlar var - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 14:34

Mingəçevir şəhərində toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin M.Maqomayev küçəsi ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, toy karvanında olan "KİA" markalı avtomobil işıqforun qırmızı işığının tələblərini pozaraq yoluna davam edib və hərəkətdə olan "BMW" markalı avtomobilin qarşısına çıxıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi