Mingəçevirdə tapılmış kişi meyitinin kimliyi məlum olub

Mingəçevirdə tapılmış kişi meyitinin kimliyi məlum olub İman Nəsrullayevin ölümünə zəhərlənmə səbəb olub
Hadisə
20 Avqust , 2017 10:41
Mingəçevirdə tapılmış kişi meyitinin kimliyi məlum olub

Mingəçevir. 20 avqust. REPORT.AZ/ Ötən gün Mingəçevir şəhərində, 20 Yanvar küçəsindəki 4 mərtəbəli yarımçıq tikilidə tapılmış meyitin kimliyi məlum olub.

”Report”un Şirvan bürosu xəbər verir ki, cəsədin şəhər sakini, 1971-ci il təvəllüdlü Nəsrullayev İrfan Əhliman oğluna məxsus olması müəyyənləşdirilib.

Onun içki düşkünü olduğu, bu səbəbdən yaxınlarından ayrı yaşadığı bildirilir. İ.Nəsrullayev hər axşam sərxoş vəziyyətdə 20 Yanvar küçəsindəki dördmərtəbəli yarımçıq tikilidə gecələyib. İlkin məlumata görə, onun ölümünə zəhərlənmə səbəb olub.

Mərhumun həm də xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi