Mingəçevirdə suda boğulan gənc oğlan xilas edilib

Mingəçevirdə suda boğulan gənc oğlan xilas edilib Mingəçevir. 30 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində batmaq təhlükəsi ilə üzləşən 18 yaşlı gənc xilas edilib.
Hadisə
30 İyun , 2018 21:40
Mingəçevirdə suda boğulan gənc oğlan xilas edilib

Mingəçevir. 30 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində batmaq təhlükəsi ilə üzləşən 18 yaşlı gənc xilas edilib.

"Report"un Şirvan bürosu xəbər verir ki, 2000-ci il təvəllüdlü şəhər sakini Məmmədzadə Kamran Vüqar oğlu Mingəçevir su anbarında çimərkən batma təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları son anda gənci xilas edərək sahilə çıxarıblar. Zərərçəkmişə hadisə yerində "təcili yardım" xidməti tərəfindən tibbi yardım göstərilib.

Son xəbərlər

Orphus sistemi