Mingəçevir. 19 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində silahlı şəxs tutulub.
"Report"un Qərb bürosu xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Eldəniz Əliyev saxlanılıb.
Şübhəli şəxsin üzərinə baxış zamanı "Makarov" markalı tapança və 2 ədəd patron aşkar edilib. Dindirmə zamanı saxlanılan şəxs üzərində gəzdirdiyi silahın özünə məxsus olduğunu bildirib.
Hazırda həbsdən 6 ay öncə azad olunan E.Əliyevdən götürülən tapançanın cinayət əməllərində istifadə edilib-edilməməsi araşdırılır.
Saxlanılan Mingəçevir sakini əvvələr narkotik vasitələrdən istifadəyə görə məhkumluq həyatı yaşayıb.


