Mingəçevir. 21 iyun. REPORT.AZ/ Mingəçevir şəhəri, Xaldan şossesində zəncirvari qəza baş verib.
“Report”un Şirvan bürosu xəbər verir ki, “VAZ-2107” və “Niva” markalı avtomobillər toqquşub. Daha sonra hər iki avtomobil dayanacaqda dayanmış sərnişin avtobusuna çırpılıb.
Hadisə nəticəsində “VAZ-2107”nin sürücüsü Mingəçevir şəhər sakini 1997-ci il təvəllüdlü Əliyev Elamin Hidayət oğlu xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.