Mingəçevirdə reyd zamanı 20-yə yaxın sürücü cərimələnib - FOTO

Mingəçevirdə reyd zamanı 20-yə yaxın sürücü cərimələnib - FOTO Qayda pozan avtomobil sahiblərinə inzibati protokollar tərtib edilib
Hadisə
9 May , 2017 08:58
Mingəçevirdə reyd zamanı 20-yə yaxın sürücü cərimələnib - FOTO
Report.az

Mingəçevir. 9 may. REPORT.AZ/ Mingəçevir şəhərində keçirilən reyd zamanı 20-yə yaxın sürücü cərimələnib.

"Report" Şirvan bürosu xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdiyi yoxlamlar zamanı nasaz vəziyyətdə marşrut avtobusu idarə edən 2, sürücülük vəsiqəsi olmayan 1, təhlükəsizlik kəmərindən istifadə etməyən 10 sürücü müəyyənləşib.

Qayda pozan avtomobil sahiblərinə inzibati protokollar tərtib edilib. Mingəçevir DYP-nın bölmə rəisi Bəlyar Bəşirli şəhərdə məsuliyyətsiz sürücülərin olduğunu, onlara bağlı tədbirlər görüldüyünü bildirib. Bölmə rəisi, həmçinin şəhərdə 8 saylı marşrut xətti ilə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə ciddi xəbərdarlıq edib, sərnişindaşımada yarassız hesab edilən avtobuslar xəttən kənarlaşdırlıb.

Son xəbərlər

Orphus sistemi