Mingəçevir şəhərində qəbiristanlıqdan qranitdən olan sinə daşı oğurlanıb.
"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə şəhər ərazisində yerləşən "Əli" qəbiristanlığda baş verib.
Ağdam rayonun olan məcburi köçkün Faiq Əliyev "Report"un yerli bürosuna bildirib ki, bir neçə gün əvvəl atasının sinə daşı naməlum şəxs və ya şəxslər tərəfindən ogurlanıb.
Qeyd edək ki, F.Əliyevin atası Rüstəm Əliyev 2013- cü ildə ölüb.