Mingəçevirdə qadın qohumunun evindən 20 min manatlıq qızıl oğurlayıb

Mingəçevirdə qadın qohumunun evindən 20 min manatlıq qızıl oğurlayıb Mingəçevir şəhərində qadın qohumunun evindən 20 min manatlıq qızıl oğurlayıb.
Hadisə
14 fevral 2022 12:10
Mingəçevirdə qadın qohumunun evindən 20 min manatlıq qızıl oğurlayıb

Mingəçevir şəhərində qadın qohumunun evindən 20 min manatlıq qızıl oğurlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-dən 12-dək olan müddətdə şəhər ərazisindəki evlərin birindən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu, Qazax rayon sakini N.Binnətova saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi