Bakı. 21 avqust. REPORT.AZ/ Mingəçevirdə qadın ilan sancmasından vəfat edib. "Report" xəbər verir ki, Mingəçevir sakini, şəhərin Samux küçəsi mənzil 8-də yaşayan 28 yaşlı Səyalə Sergey qızı Quliyevanı ilan sancıb və o Mingəçevir Şəhər Xəstəxanasına gətirilib.
Vəziyyəti ağır olan Səyalə Quliyevanı xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. İlan 1987-ci il təvəllüdlü S.Quliyevanı yatdığı vəziyyətdə sancıb.