Mingəçevirdə qaçırılan avtomobil tapılıb, içindəki qızıllar yoxa çıxıb

Mingəçevirdə qaçırılan avtomobil tapılıb, içindəki qızıllar yoxa çıxıb Avtomobildə 150 min manat dəyərində qızıl-zinət əşyalar olub
Hadisə
28 Noyabr , 2017 14:34
Mingəçevirdə qaçırılan avtomobil tapılıb, içindəki qızıllar yoxa çıxıb

Mingəçevir. 28 noyabr. REPORT.AZ/ Mingəçevir şəhərində qaçırılan və içərisində 150 min manat dəyərində qızıl-zinət əşyalar olan avtomobil tapılıb.

”Report”un Şirvan bürosu xəbər verir ki, dünən axşam saatlarında qızıl mağazasının sahibi Azər Müzəffərova məxsus, içərisində 150 min manatlıq qızıl-zinət əşyaları ilə birgə qaçırılmış “VAZ-2107” markalı avtomobil Yevlax rayonu ərazisində tapılıb.

Məlumata görə, avtomobil rayonun Havarlı kəndi yaxınlığında aşkar edilib. Avtomobildə olan qızıl-zınət əşyaları yoxa çıxıb. İlkin ehtimallara görə, avtomobili qaçıran şəxs və ya şəxslər qızıl-zinət əşyalarını götürüb qaçıblar. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi