Mingəçevirdə piyadanı maşın vurub, sürücü qaçıb

Mingəçevirdə piyadanı maşın vurub, sürücü qaçıb Mingəçevir. 2 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 Dekabr , 2018 22:24
Mingəçevirdə piyadanı maşın vurub, sürücü qaçıb
"Report"

Mingəçevir. 2 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, 1990-cı il təvəllüdlü şəhər sakini Bayramov Camal Çingiz oğlu axşam saatlarında yolu keçən zaman onu naməlum avtomobil vurub.

Sürücü hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb. Yoldan keçən şəxs yaralını xəstəxanaya aparıb. Orada tibbi yardım göstərilən yaralı xəsarəti yüngül olduğundan evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəkidə piyadanı avtomobil vurub.

Son xəbərlər

Orphus sistemi