Mingəçevirdə piyadanı avtomobil vurub

Mingəçevirdə piyadanı avtomobil vurub Kəllə-beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
147
2 Yanvar , 2018 20:30
Mingəçevirdə piyadanı avtomobil vurub

Mingəçevir. 2 yanvar. REPORT.AZ/ Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Kür çayı üzərindən keçən nəqliyyat körpüsündə baş verib.

Belə ki, körpü üzərində müəyyən olunmamamış yerdən yolu keçmək istəyən 74 yaşlı şəhər sakini Səməd Qasım oğlu Rəhimovu avtomobil vurub. İlkin məlumata əsasən, ona “Jiquli” markalı avtomobil tərəfindən ağır xəsarət yetirilib. Kəllə-beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi