Mingəçevirdə piyadalara qarşı reyd keçirilib, 35 nəfər cərimələnib - FOTO

Mingəçevirdə piyadalara qarşı reyd keçirilib, 35 nəfər cərimələnib - FOTO Mingəçevir. 16 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərində keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan piyadalara xəbərdarlıq edilib.
Hadisə
16 Sentyabr , 2018 06:02
Mingəçevirdə piyadalara qarşı reyd keçirilib, 35 nəfər cərimələnib - FOTO

Mingəçevir. 16 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərində keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan piyadalara xəbərdarlıq edilib.

"Report”un Şirvan bürosu xəbər verir ki, axşam saatlarına təsadüf edən reyd şəhərin Heydər Əliyev prospektində, Nərimanov, 20 Yanvar və onlarla kəsişən küçələrdə həyata keçirilib.

Reydin məqsədi yol hərəkəti qaydalarını pozaraq qəza vəziyyəti yaradan piyadaların müəyyən edilməsi və maarifləndirilməsi olub. Reyd ərzində 60-a yaxın qayda pozucusu saxlanılaraq onlarla xəbərdaredici söhbətlər aparılıb. Eyni zamanda 35 qayda pozucusuna yol polisi əməkdaşları tərəfindən inzibati protokollar tərtib edilib.

Reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülər və velosipedçilər də aşkarlanaraq onlara qarşı müvafiq tədbirlər görülüb. Ən əsası isə yol polisi əməkdaşları ehtiyac yarandığı hallarda təkbaşına dolaşan azyaşlıların əlindən tutaraq yolu müəyyən olunmuş hissədən keçmələrinə yardım edib.

Son xəbərlər

Orphus sistemi