Mingəçevirdə orta yaşlı qadın evində boğularaq ölüb - YENİLƏNİB

Mingəçevirdə orta yaşlı qadın evində boğularaq ölüb - YENİLƏNİB Qadının bədbəxt hadisə nəticəsində boğulduğu, yaxud özünə qəsd etdiyi bilinmir
Hadisə
8 Dekabr , 2017 06:08
Mingəçevirdə orta yaşlı qadın evində boğularaq ölüb - YENİLƏNİB

Mingəçevir. 8 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində yaşadığı evdə boğularaq ölən qadının şəxsiyyəti və ölüm səbəbi məlum olub. 

"Report" Şirvan bürosu xəbər verir ki, şəhərin Günəşli yaşayış massivinin sakini, 1985 ci il təvəllüdlü Günay İsgəndər qızı Əliyeva yaşadığı evdə boğularaq ölüb. Qadının bədbəxt hadisə nəticəsində boğulduğu, yaxud özünə qəsd etdiyi hələ ki, məlum deyil.


***5:51

Mingəçevir. 8 dekabr. REPORT.AZ/ Gecə saatlarında Mingəçevir şəhərində orta yaşlı qadınının yaşadığı evdə meyiti aşkarlanıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Günəşli yaşayış massivində qeydə alınıb.

Adı hələ ki, məlum olmayan 1985-ci il təvəllüdlü qadın müəmmalı şəkildə dünyasını dəyişib. 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi