Mingəçevirdə orta məktəb binasında yanğın olub

Mingəçevirdə orta məktəb binasında yanğın olub Mingəçevir şəhər 17 nömrəli tam orta məktəbin binasında yanğın olub.
Hadisə
31 May , 2023 19:56
Mingəçevirdə orta məktəb binasında yanğın olub

Mingəçevir şəhər 17 nömrəli tam orta məktəbin binasında yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın təhsil ocağının istifadə edilməyən korpusunda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (FHN DYMX) Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, alovun ətrafa yayılmasının qarşısı alınıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi