​Mingəçevirdə odlu silahla qətl törədərək qaçan şəxs tutulub

​Mingəçevirdə odlu silahla qətl törədərək qaçan şəxs tutulub Ş.Əhmədov qətli törətdikdən sonra Bakıya qaçıb
Hadisə
28 Oktyabr , 2015 21:27
​Mingəçevirdə odlu silahla qətl törədərək qaçan şəxs tutulub

Bakı. 28 oktyabr. REPORT.AZ/ Mingəçevir şəhərində 34 yaşlı həmyerlisi və yaxın qonşusu Bəxtiyar Rəhimovu odlu silahla qətlə yetirən 1984-cü il təvəllüdlü Şakir Əhmədov yaxalanıb.

Rayon Polis şöbəsindən "Report"a verilən xəbərə görə, Ş.Əhmədov qətli törətdikdən sonra Bakıya qaçıb.

O, bir gün paytaxt ərazisində qaldıqdan sonra yenidən Mingəçevirə qayıdıb. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əhmədov tapılaraq həbs edilib. Onun qətl zamanı istifadə etdiyi odlu silah müsadirə edilib. Saxlanılan şəxs barəsində "qəsdən adam öldürmə" maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi